ABŞ-ın Ermənistandakı səfiri Koçaryan və Sarksiyanla görüşməkdən niyə imtina edib? - TƏFƏRRÜAT

Xarici mətbuatın yazdığına görə, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi erməni müxalifətinin onunla görüşmək istəyinə müsbət cavab verməyib. 

Qeyd edək ki, artıq bir müddətdir revanşistlərdən ibarət erməni müxalifəti İrəvanda aksiya keçirərək Paşinyanın istefasını tələb edir. Lakin bu müddət ərzində revanşistlər heç nəyə nail ola bilməyib.

Yaranmış vəziyyətdə bildiyimiz kimi, Paşinyan Kremldən MDB qüvvələrinin Ermənistana yeridilməsini xahiş edib. Buna cavab olaraq Moskvaya bağlı revanşist qüvvələr isə ABŞ-ın İrəvandakı səfiri ilə görüşmək istəyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Rusiyaya qarşı SANKSİYALARA QOŞULDU - ABŞ səfiri açıqladı


Çox güman ki, müxalifət ABŞ səfirilə görüşməklə ondan Paşinyana təsir göstərməsini xahiş etmək niyyətində olub. Ancaq göründüyü kimi, səfir erməni müxalifətini qəbul etməkdən imtina edib. 

Səfirliyin Moskvaya bağlı revanşistləri qəbul etməyəcəyi gözlənilən idi. Xüsusən də, Moskva ilə Qərbin münasibətlərinin kəskinləşdiyi və erməni müxalifətinin Paşinyanı istefaya göndərmək üçün etiraz aksiyalarına başladıqları indiki vəziyyətdə belə bir görüşün baş tutacağı ümumiyyətlə inandırıcı deyildi. ABŞ başda olmaqla Qərb hazırda Paşinyana dəstək verir.

Vaşinqtonda da başa düşürlər ki, Ermənistanda revanşistlərin hakimiyyəti gəlməsi Cənubi Qafqazda sülhün əldə edilməsi yolunda atılan hələlik kövrək addımları heçə endirə bilər. ABŞ-ı isə Cənubi Qafqazda sülh və stabilliyin olması qane edir.

Bu müstəvidə də Ağ Ev hələlik Ermənistanda Paşinyana dəstək verir. Məhz onun hakimiyyətdə qalmasında maraqlıdır. Gələcəkdə isə ABŞ Paşinyana alternativ olaraq yalnız öz yetişdirdikləri şəxsi irəli çəkəcəklər.

Bu müstəvidə də Vaşinqtonun Ermənistanın Moskvaya bağlı revanşist qüvvələrilə təmas qurması mümkünsüzdür. Səfir Linn Treysinin addımı da bir daha bunu təsdiqləyir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Natiq Miri qeyd edir ki, ABŞ-ın İrəvandakı səfiri revanşistlərin görüş istəyini qəbul etməməsi birmənalı şəkildə Vaşinqtonun Paşinyanı dəstəklədiyinə işarədir: 

“Ermənistandakı müxalif qüvvələr Rusiyaya bağlı qüvvələrdir. Bu revanşist qüvvələrin başında da sabiq prezidentlər Koçaryanla Sarkisyan durur. Baş verən etiraz aksiyaları da bu şəxslərin və onların nəzarətində olan Rusiyadakı erməni iş adamları və lobbinin dəstəyilə baş verir.

Belə olan təqdirdə onların tələbi ABŞ-ın Ermənistandakı səfiri üçün bəllidir. Müxalifət Treysi ilə görüşdə güman ki, baş verən proses Ermənistanın daxili işi olduğundan Vaşinqtonun ona müdaxilə etməməsini tələb edəcək.
Bunu Treysi bildiyindən rusiyayönümlü revanşist qüvvələri qəbul etmək istəmir. Ermənilərin boş və ultimativ danışıqlarını dinləmək əlavə vaxt itkisidir. Bu həm də ABŞ-ın Paşinyan hökumətinə verdiyi dəstək anlamında da başa düşülməlidir. Çünki müxalifətin qəbul olunmaması dolayısı ilə özündə hakimiyyətə dəstəyi ehtiva edir.

Digər tərəfdən, ABŞ-dfakı bəzi erməni lobbisi Treysinin səfir olaraq geri çağırılmasını istəyir. Düşünürəm ki, Treysinin müxalifəti qəbul etməməsində bu amil də rol oynayıb”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

Azərbaycan millisindən TARİXİ UĞUR- VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Yağışla əlaqədar…

Sürücülərin NƏZƏRİNƏ: Yağışla əlaqədar…

End of content

No more pages to load

RADİO