Rusiya Finlandiyaya qaz nəqlini dayandırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın “Gasgrid Finland” şirkəti məlumat yayıb.
“Hazırda ölkənin qaz sistemi sabitdir” – deyə məlumatda bildirilib.
Qeyd edək ki, Finlandiyanın qaza görə ödəniş etməməsi və rubl ilə ödəniş etməkdən imtina etməsi səbəbilə “Gazprom Export” şirkəti qaz nəqlinin mayın 21-dən etibarən dayandırılacağını açıqlamışdı.
Bizim.Media