İtaliyanın Ermənistandakı səfiri Alfonso Di Rizo İrəvanda qəzaya düşüb.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın İrəvandakı səfirliyi yayıb.
Məlumata görə, qəza mayın 19-u 16:00 radələrində Beyrut və Qriqor Lusavoriç küçələrinin kəsişməsində baş verib.
Qəzadan sonra səfir Di Rizo xəstəxanaya çatdırılıb.
Bizim.Media