Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yubiley sammiti başlayıb.
Bizim.Media xəbər verir ki, sənədin imzalanmasının 30 illiyinə həsr olunmuş tədbir Kreml Sarayında keçirilir.
İclasda təşkilata daxil olan altı ölkənin liderləri - Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan lideri Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan lideri Emoməli Rəhmon iştirak edirlər. Onlar görüşdən öncə ənənəvi olaraq birgə şəkil çəkdiriblər.
Qeyd edək ki, sonuncu üz-üzə görüş pandemiya başlamazdan əvvəl, 2019-cu ilin noyabrında Bişkekdə baş tutub.
Bizim.Media