Ermənistan prezidenti Armen Sarkisyan Livana səfərə gedib.
Bizim.Media “news.am” saytına istinadla xəbər verir ki, prezident Livana erməni mənşəli ingilis biznesmeni Vaçe Manukyanın şəxsi təyyarəsində yola düşüb.
Məlumata görə o, Milad tətilini Livanın məşhur turizm qəsəbəsi olan Fakrada, Manukyanın villasında keçirəcək:
''Tanınmış müğənni Elton Con da tətilini onlarla birlikdə keçirəcək. Ermənistan prezidentinin Livana səfəri və burada Milad tətili keçirməsi barədə məlumat şəxsi sayılır və ictimaiyyətdən gizli saxlanılır'',- deyə erməni mətbuatı yazıb.
Bizim.Media