“Torpaqları versəydik, hər şey indikindən yaxşı olardı” - Paşinyanın etirafları

“Qarabağ probleminin çözülməsində açar rolunu oynayan hadisələrdən biri 1996-cı ildə baş tutan Lissabon sammiti olub.”

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan erməni mətbuatında dərc olunan məqaləsində ifadə edib.

 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan 104 milyonu hara xərcləyib? - Ermənistanda qalmaqal böyüyür



Erməni liderin sözlərinə görə, həmin sammit Ermənistanın dünyada necə tənha olduğunu göstərdi.

Paşinyan bütün oxşar tədbirləri Ermənistanın diplomatik uğursuzluğu adlandırıb. “Çünki Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ərazi və sərhəd probleminə çevirməyi bacardı”.

Xatırladaq ki, 1996-cı il dekabrın 2-4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı keçirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edilib. Ulu öndər Heydər Əliyev çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail olub.

Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəkləyib.

Bu prinsiplər Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsindən ibarət idi. Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı və vasitəçilərin vəzifələri müəyyən olundu.

Ermənistanın baş naziri məqaləsində qeyd edir ki, “2011-ci ildə Serj Sarqsyan 7 rayonu Azərbaycana qaytara bilərdi, lakin rəsmi Bakı Kazan sənədlərinə imza atmadı”.

Ümumiyyətlə, prezident İlham Əliyevin böyük qələbədən qabaq dəfələrlə vurğuladığı kimi, Ermənistan danışıqlar prosesini pozmağa çalışır və hazırlanan müvafiq sənədə qol çəkmir. Paşinyan isə, məqaləsində qeyd edir ki, 2011-ci ildə Azərbaycan tərəfi problemin həlli ilə bağlı razılaşmanı imzalamadı. Sual yaranır – Niyə!? Çünki həmin sənəddə münaqişənin həll olunmasını əhatə edən baza prinsiplər pozulmuşdu. Həmin razılaşmaya görə, Azərbaycanın 7 rayonu geri qaytarılacaq, Dağlıq Qarabağa isə müvəqqəti status veriləcəkdi.

Bakı bu diplomatik uğursuzluğa imza atmazdı, çünki hələ 1996-cı ildə keçirilən Lissabon sammitində ulu öndər Dağlıq Qarabağ probleminin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsiplərin açıq şəkildə dəstəklənməsinə nail olmuşdu. 

“2013-2015-ci illərdə konfliktin həlli ilə bağlı Rusiya yeni prinsiplər hazırladı və 5+2 sxemi 7 rayonun Azərbaycana qaytarılmasını özündə ehtiva edən sənəddə Dağlıq Qarabağ məsələsinə toxunulmamışdı.

Bu səbəbdən 2016-cı ilin yanvarında İrəvan bu razılaşmadan imtina etdi və bir neçə ay sonra aprel döyüşləri baş verdi” deyən Paşinyan 4 günlük savaşdan sonra Serj Sarqisyanın etiraflarını da xatırladıb. 

Əlavə edək ki, həmin vaxt eks erməni lider Serj Sarqisyan bildirmişdi ki, aprel döyüşləri Ermənistan ordusunun zəifliyini üzə çıxardı. Sarqisyan Ermənistan qoşunlarındakı silah-sursat və texnikanın 80-ci illərdən qalma olduğunu bəyan etmişdi. Lavrov prinsiplərindən sonra isə, danışıqların formal olaraq yenidən Madrid prinsipləri ətrafında aparılırdı.

Burda da əsas razılıq əldə olunmayan məsələ Dağlıq Qarabağın müqəddəratı ilə bağlı idi. 

“23 illik danışıqlarda qazancımız yanlız vaxt udmaq olub. 2016-cı ildə Azərbaycandan tərpənən qatarın qarşısı ala bilmədik” ifadəsini işlədən Nikol, burada aprel döyüşlərində Azərbaycanın qazandığı uğuru, öz dili ilə desək, Ermənistanın uğursuzluğunu diqqətə çatdırır. Davamında bildirir ki, “əksəriyyət müharibədən qaçmaq üçün Rusiyapərəst siyasətin aparılmalı olduğunu desə də, unutmasınlar ki, 2019-cu ildə Suriyaya minaaxtaranların və həkimlərin göndərilməsi qərarını mən vermişəm.

Rusiya böyük dövlət olsa da, sərhədsiz gücə malik deyil.

Əvvəllər Kremlin əsas münaqişə ocağı Cənubi Qafqaz idisə, son illər siyahıya Suriya və Ukraynanın (Krım, Donbass) əlavə olunması, həmçinin müəyyən sanksiyalarla üzləşməsi Moskvanın işini çətinləşdirdi” deyən Paşinyan Azərbaycanın bu imkandan yaxşı yararlandığını önə çəkib. 

Əslində bu çıxışı ilə Nikol Paşinyan özü-özünü təkzib edir. Çünki erməni lider məqalənin əvvəlində Moskvanın konfliktin çözülməsi ilə əlaqədar ittihamlardan yorulduğunu deyib, Rusiyaya haqq qazandırır. Yazısının bu hissəsi isə, münaqişə həllinin Rusiya tərəfindən uzadıldığına eyhamdır. 

“Torpaqları versəydik, hər şey indikindən yaxşı olardı” deyən pərişan – Paşinyan cəbhədə verdikləri itkilərə görə üzüldüyünü, ölkənin çətin vəziyyətə düşdüyünü etiraf edir.

Yazının bu hissəsində də “Nikolun sərsəm bəyanatları” ifadəsi özünü doğruldur. Çünki “kaş torpaqları danışıqlar yolu ilə qaytarıb, fəlakətlərdən uzaq olardıq” deyən, “Azərbaycanın tələbinə əməl etsəydik, müharibə olmazdı” təkrarlayan Paşinyan daha sonra yaxşı ki, savaşdıqlarını qələmə alıb. Torpaqları danışıqlar yolu ilə geri versəydik, “döyüş Horadizdə yox, Şurnuxuda başlayacaqdı” söyləyən Nikol bu fikrini belə izah edib:

“7 rayonu danışıqlarla qaytarsaydıq da Şurnuxu və Şahverdilər ətrafında bu gün baş verənlər yaşanacaqdı. Çünki Qubadlı Azərbaycana qaytarılacaq və sərhədə görə bu kəndlərin "20 ev" mübahisəsi olacaqdı”. 

Məqaləsinin əksər ermənini məyus etdiyini etiraf edən Paşinyan sonda vurğulayıb ki, uğurlu gələcəyin müzakirəsi üçün bəzən keçmişi də vərəqləmək faydalıdır. 

Sonda qeyd edək ki, Paşinyanın daxili-xarici siyasəti elə onun məqaləsinə bənzəyir. Nə sujet xətti, nə doğru-düzgün üslub, nə də axırda imzası var. 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi DƏYİŞDİ

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi DƏYİŞDİ

Minaya düşən şəxsin SON DURUMU

Minaya düşən şəxsin SON DURUMU

“Barselona” Raşfordla bağlı hansı qərarı verəcək?

“Barselona” Raşfordla bağlı hansı qərarı verəcək?

Ağdərədə minaya düşən çobanın sağ ayağı amputasiya OLUNDU - FOTO

Ağdərədə minaya düşən çobanın sağ ayağı amputasiya OLUNDU - FOTO

Ukrayna ordusu Qara dənizdə rusların yerləşdiyi hərbi platformaya zərbə endirdi

Ukrayna ordusu Qara dənizdə rusların yerləşdiyi hərbi platformaya zərbə endirdi

Çöldə mələk, içəridə cin: Ən ikiüzlü hesab olunan BÜRC

Çöldə mələk, içəridə cin: Ən ikiüzlü hesab olunan BÜRC

Bakının bəzi yollarında TIXAC VAR

Bakının bəzi yollarında TIXAC VAR

Azərbaycan və Macarıstan arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycan və Macarıstan arasında hərbi tibb sahəsində əməkdaşlıq müzakirə olundu - FOTO

SON DƏQİQƏ: Ağdərədə mina partlayıb, xəsarət alan var

SON DƏQİQƏ: Ağdərədə mina partlayıb, xəsarət alan var

Beynəlxalq təcrübə və TƏHLÜKƏSİZLİK ZƏRURƏTİ – AXCP-nin bağlanmasını vacib edən FAKTORLAR

Beynəlxalq təcrübə və TƏHLÜKƏSİZLİK ZƏRURƏTİ – AXCP-nin bağlanmasını vacib edən FAKTORLAR

"Qarabağ" - "Karvan-Yevlax" matçının START HEYƏTLƏRİ

"Qarabağ" - "Karvan-Yevlax" matçının START HEYƏTLƏRİ

Həyəcan TƏBİLİ – Bu oyunlar uşaqları ölümə sürükləyir

Həyəcan TƏBİLİ – Bu oyunlar uşaqları ölümə sürükləyir

Ermənistan Konstitusiyasında hansı yeniliklər olacaq? – Nazirdən AÇIQLAMA

Ermənistan Konstitusiyasında hansı yeniliklər olacaq? – Nazirdən AÇIQLAMA

Flora Kərimova Eltona QƏZƏBLƏNDİ: “Dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı...” - VİDEO

Flora Kərimova Eltona QƏZƏBLƏNDİ: “Dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı...” - VİDEO

Daha bir küçədə avtobus zolağında minib-düşmə yeri yaradıldı – FOTO

Daha bir küçədə avtobus zolağında minib-düşmə yeri yaradıldı – FOTO

Dövlət Xidmətlərinin Elektron Reyestri YARADILACAQ

Dövlət Xidmətlərinin Elektron Reyestri YARADILACAQ

Türkiyə klubunun prezidenti İSTEFA VERDİ

Türkiyə klubunun prezidenti İSTEFA VERDİ

Formula 1 Azərbaycan Qran-Prisinin biletləri satışa ÇIXARILDI

Formula 1 Azərbaycan Qran-Prisinin biletləri satışa ÇIXARILDI

Meteohəssas insanların NƏZƏRİNƏ!

Meteohəssas insanların NƏZƏRİNƏ!

Qazaxıstanda ictimai yerlərdə niqab geyinmək QADAĞAN EDİLDİ

Qazaxıstanda ictimai yerlərdə niqab geyinmək QADAĞAN EDİLDİ

Yekaterinburqda Azərbaycan diasporunun yeni lideri HƏBS EDİLDİ - FOTO/VİDEO

Yekaterinburqda Azərbaycan diasporunun yeni lideri HƏBS EDİLDİ - FOTO/VİDEO

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Aşıq Mübariz əsəbiləşib efiri TƏRK ETDİ - VİDEO

Aşıq Mübariz əsəbiləşib efiri TƏRK ETDİ - VİDEO

Son 10 ildə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının HƏCMİ – İNFOQRAFİKA

Son 10 ildə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının HƏCMİ – İNFOQRAFİKA

End of content

No more pages to load

RADİO