Qarabağda aparılan axtarışlar zamanı daha doqquz erməni hərbçisinin cəsədi tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
4 yanvar tarixində Cəbrayıl - Hadrut istiqamətində doqquz cəsəd tapılıb. Axtarış işləri Talış-Suqovuşan, Hadrut bölgəsi və Füzuli istiqamətində davam edir.
Ümumilikdə isə bu günədək Qarabağda 1184 erməni hərbçinin aşkarlanıb.
Bizim.Media