Ötən gün Xankəndidə baş verən atışma işi ilə bağlı general-mayor Samvel Karapetyan (Oqanovski) saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, mayın 10-da saat 19:10 radələrində baş verən hadisə səbəbilə S.K. adlı mülki şəxs də saxlanılıb.
Qeyd edilib ki, faktla bağlı xuliqanlıq və qanunsuz silah saxlama maddələri ilə cinayət işi başlanıb.
Bizim.Media