Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Varşavada sovet əsgərlərinin qəbiristanlığına əklil qoymağa çalışarkən eitrazçıların hücumuna məruz qalıb.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, etirazçılar diplomata sovet əsgərlərinin xatirəsini yad etməyə imkan verməyiblər.
Belə ki, polşalılar və ukraynalılardan ibarət olduğu bildirilən bir qrup şəxs təhqiramiz şüarlar səsləndirərək səfirin yolunu kəsib və onun üzərinə qırmızı boya töküblər.
Hadisədən sonra Andreyev polisin müşayiəti ilə qəbiristanlığı tərk etmək məcburiyyətində qalıb. Andreyevin hər hansı xəsarət almadığı bildirilir.
Bizim.Media