Ermənistanda revanşistlər hakimiyyətə gəlsə nə baş verəcək? – ŞƏRH

Artıq bir müddətdir ki, Ermənistan müxalifəti hazırkı baş nazir Nikol Paşinyan və onun höküməti əleyhinə etiraz aksiyalarını davam etdirir. Etirazçılar Nikol Paşinyanın siyasi xəttinin Qarabağın və dolayısı ilə də Ermənistanın gələcək taleyini sual altına qoyduğunu iddia edir. Əsasən revanşist baxışlara malik partiyaların və siyasətçilərin qatıldığı etirazların bəzi bölgələrdə “kütləvi iğtişaş” xarakteri alacağı ehtimal olunur.

Hadisələrin aprelin 6-da Azərbaycan prezidenti və Ermənistan baş nazirinin Brüssel səfərindən sonra alovlanması proseslərin gedişatı ilə bağlı bəzi məqamlardan xəbər verir. 

Aydındır ki, hər iki ölkə arasında yekun sülh müqaviləsinin hazırlanması barədə əldə olunan razılıq Ermənistanda bəzi maraq qruplarını ciddi şəkildə narahat edir. Xüsusilə revanşist meylləri ilə seçilən keçmiş prezidentlər Robert Koçaryanın və Serj Sarkisyanın tərəfdarları Nikol Paşinyanı “ümummilli satqın” hesab edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın sülh müqaviləsinə əlavə etdiyi 6-cı BƏND – Azərbaycan bu şərtlə razılaşacaqmı?


Qarabağ münaqişəsini hər zaman hakimiyyət üçün əsas divident hesab edən bu şəxslər və qruplar yekun sülh müqaviləsinin onların da siyasi karyerasının sonu olacağının fərqindədir. Mövcud etirazların fonunda Ermənistanda yeni etiraz dalğasının nəticələrinin necə olacağı, Nikol Paşinyanın müxalifətin qarşısında geri addım atıb atmayacağı əsas müzakirə mövzusudur. Lakin proseslərin düzgün qiymətləndirilməsi baxımındna bəzi məqamların da qeyd olunmasına ehtiyac var.

İlk olaraq bütün bu etirazlara baxmayaraq Ermənistan siyasi sistemində revanşist maraq qruplarının rolu hər gün daha da zəifədiyi müşahidə olunur.

10 noyabr sazişindən dərhal sonra bütün Ermənistanı bürüyən etiraz dalğası, o cümlədən prezident seçkiləri ərəfəsindəki proseslər revanşist qrupların, bəlkə də, ən güclü olduqları dövr idi. Revanşist Ermənistan müxalifətinin təmsilçiləri həm seçkidə, həm də meydanda hazırkı baş nazir Nikol Paşinyana məğlub olub.

Bu iki imkanı əldən verən və öz maraqlarını reallaşdırmağa nail olmayan Ermənistan müxalifətinin indiki şəraitdə nəyəsə nail olacağını düşünmək sadəlövhlük olardı. 

Böyük ölçüdə xalqın da inamını itirən revanşistlər bu gün sadəcə kiçik maraq qruplarının mobilizasiyasını təmin etməklə öz varlığını davam etdirir. 2.9 milyonluq Ermənistan əhalisinin 1.09 milyonu məhz paytaxt Yerevanda yaşayır. Lakin revanşist erməni müxalifəti Yerevanda ciddi dəstək tapa bilmədiyi üçün ölkənin ucqarlarına, hələ də revanşist fikirlər daşıyan xırda qruplara yönəlməyə məcbur olur.

Təkcə bu məqam Ermənistan əhalisinin böyük əksəriyyətinin revanşist qruplardan ümidi kəsdiyini, yenidən qaranlıq keçmişə dönməkdən imtina etdiyinin göstəricisidir.

Digər tərəfdən revanşist maraq qruplarının yenidən hakimiyyəti ələ keçirməsi ehtimalı, regionda Azərbaycan tərəfindən müəyyən olunmuş yeni nizam üçün yeni təhdidlər doğura bilər. Nəticədə proseslərə qeyri-konstruktiv və ənənəvi mövqe ilə yanaşan revanşistlər Üçüncü Qarabağ müharibəsinin baiskarı ola, hazırkı şəraitdə nə Ermənistan hökümətinin, nə də erməni xalqının hazır olmadığı bu cür müharibə isə Ermənistanın dövlət bütövlüyünü təhlükə altına ata bilər.
Cəbhədə növbəti və daha şiddətli məğlubiyyət Ermənistanı öz ərazi bütövlüyünü qorumaq üçün xarici güclərin satellitinə çevrilməsinə səbəb ola bilər.

Bu gün müəyyən mənada inteqrasiya prosesinin başlandığı və nisbi tərəqqinin müşahidə olunduğu Ermənistanın yenidən qaranlığa düçar olması ilə nəticələnə bilər.

Qeyd olunan məqamlar, revanşist müxalifətin və siyasətçilərin, “Böyük Ermənistan” nostalgiyasının Ermənistan cəmiyyətində tədricən öz siyasi aktuallıqlarını itirdiyini və sıradan çıxdığını deməyə əsas verir. Ermənistan müxalifəti də hər kəs kimi bu prosesinin fərqindədir və öz siyasi ölümünü mümkün olan bütün vasitələrlə gecikdirməyə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

End of content

No more pages to load

RADİO