Türkiyənin Van-Hakkari avtomobil yolunun Güzeldere aşırımında təcli yardım avtomobili qəza törədib.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, sürücü yolun sürüşkən olması səbəbindən idarəetməni itirib, ambulans dərəyə aşıb.
Hadisə zamanı xəstə, xəstənin həyat yoldaşı və 3 tibb işçisi xəsarət alıb.
Yaralılar bölgəyə gələn digər təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.
Bizim.Media