Regionlarda “KOB Fest” sərgi-satış yarmarkaları keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, eləcə də Şəmkir, Füzuli və Quba rayonlarında "KOB Fest" – sərgi-satış yarmarkaları təşkil olunacaq.

Bizim.Media KOBİA-ya istinadən xəbər verir ki, yarmarkaların keçirilməsində məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır.

Yerli istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradacaq yarmarkalar KOB-ların məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOB-lar və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsini də hədəfləyir.

Yarmarkalarda KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim ediləcək. Yerli startaplar da öz məhsul və xidmətləri ilə yarmarkada təmsil oluna bilərlər.

KOB Festlər çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaqdır.

Ölkə regionlarında təşkil olunacaq KOB Fest sərgi-satış yarmarkaları aşağıdakı tarixlərdə keçiriləcək:

7 may – Şəmkir rayonu

9 may – Gəncə şəhəri

14 may – Lənkəran şəhəri

21 may – Füzuli rayonu

28 may – Quba rayonu

30 may – Sumqayıt şəhəri

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. Müraciətlər elektron qaydada qəbul olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Orban: “Ukraynanın məğlubiyyətini etiraf etmək Avropa siyasətində “zəlzələ” yaradacaq”

Orban: “Ukraynanın məğlubiyyətini etiraf etmək Avropa siyasətində “zəlzələ” yaradacaq”

Kanar adalarında 2 min il əvvəl əkilmiş məhsul tapıldı

Kanar adalarında 2 min il əvvəl əkilmiş məhsul tapıldı

Beynin inkişafını idarə edən əsas gen müəyyən edildi

Beynin inkişafını idarə edən əsas gen müəyyən edildi

Çinarə Məlikzadə: "Karyeram boyu həmişə çətin olanı seçmişəm"

Çinarə Məlikzadə: "Karyeram boyu həmişə çətin olanı seçmişəm"

1 dəqiqəlik görüş üçün 100 min təklif etdi

1 dəqiqəlik görüş üçün 100 min təklif etdi

“İnter” səfərdə üç xala sevindi

“İnter” səfərdə üç xala sevindi

"Liverpul"dan inamlı qələbə - VİDEO

"Liverpul"dan inamlı qələbə - VİDEO

Laçının işğaldan azad edilməsindən beş il ötür

Laçının işğaldan azad edilməsindən beş il ötür

Boşanmaların arxasında GİZLƏNƏN HƏQİQƏT: “TikTok ailələri dağıdır”

Boşanmaların arxasında GİZLƏNƏN HƏQİQƏT: “TikTok ailələri dağıdır”

İranda dollar rekord həddə bahalaşdı

İranda dollar rekord həddə bahalaşdı

Polad Bülbüloğlunun övladı Dövlət Simfonik Orkestrinə dirijor TƏYİN OLUNDU - FOTO

Polad Bülbüloğlunun övladı Dövlət Simfonik Orkestrinə dirijor TƏYİN OLUNDU - FOTO

Zelenski ABŞ-dakı keçmiş səfiri özünə müşavir təyin etdi

Zelenski ABŞ-dakı keçmiş səfiri özünə müşavir təyin etdi

Peskov: “Putin və Uitkoffun görüşü dekabrın 5-dək baş tutacaq”

Peskov: “Putin və Uitkoffun görüşü dekabrın 5-dək baş tutacaq”

Rubio Ukrayna rəsmilərindən üzr istədi

Rubio Ukrayna rəsmilərindən üzr istədi

Gürcüstan müxalifəti aclıq aksiyasını dayandırdı

Gürcüstan müxalifəti aclıq aksiyasını dayandırdı

Azərbaycan OPEC+ kvotalarının saxlanılması barədə qərarı dəstəklədi

Azərbaycan OPEC+ kvotalarının saxlanılması barədə qərarı dəstəklədi

Karateçimiz dünya çempionatında bürünc medal qazandı

Karateçimiz dünya çempionatında bürünc medal qazandı

Zelenski Yeni ildə istefa verəcək?

Zelenski Yeni ildə istefa verəcək?

Qətər Qran-prisində qalib bəlli oldu

Qətər Qran-prisində qalib bəlli oldu

Gürcüstanda atışma - 1 ölü, 2 yaralı var

Gürcüstanda atışma - 1 ölü, 2 yaralı var

ABŞ-da keçirilən görüşlə bağlı KİYEVDƏN AÇIQLAMA

ABŞ-da keçirilən görüşlə bağlı KİYEVDƏN AÇIQLAMA

Zelenski: “Ukrayna üçün vacib günlərdir və çox şey dəyişə bilər”

Zelenski: “Ukrayna üçün vacib günlərdir və çox şey dəyişə bilər”

Cəlilabaddan Bakıya gətirilən xəstə körpə ÖLDÜ

Cəlilabaddan Bakıya gətirilən xəstə körpə ÖLDÜ

Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI

Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI

End of content

No more pages to load

RADİO