“Azərbaycan Ukraynaya humanitar yardım edir deyə nüvə silahı ilə hədələnir” - Erkin Qədirlinin AŞPA-dakı ÇIXIŞI  

“Ukrayna ərazisində müxtəlif beynəlxalq cinayətlər törədilir. Bəşəriyyətə qarşı cinayətlər, müharibə cinayətləri - Buça, İrpen və digər yerlərdən gələn xəbərlərə əsaslanaraq, bu cinayətlərin bəzilərinin soyqırım xarakterli olduğuna inanmaq üçün əsasların olduğunu söyləsək haqlı olarıq. Ancaq bütün bunlardan əlavə, xüsusi diqqətə layiq olan bir cinayət var və bu təcavüz cinayətidir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Erkin Qədirli AŞPA-nın plenar iclasında çıxışı zamanı deyib. 

E.Qədirli beynəlxalq cinayətlərin iki kateqoriyaya bölündüyünə diqqət çəkib:  “Bunlar beynəlxalq hüquqa görə cinayətlər və beynəlxalq hüquqa qarşı cinayətlərdir. Beynəlxalq cinayətlərin böyük əksəriyyəti birinci qrupa aiddir. Bunlar müvafiq beynəlxalq müqavilələrlə təsbit edilir – terrorizm, müəyyən silahların qanunsuz istifadəsi, insan alveri, narkotiklərin qanunsuz dövriyyəsi və s. Bunlar beynəlxalq hüquqa görə cinayətlərdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO/VİDEO


Təcavüz isə özünəməxsus cinayətdir. Bu, beynəlxalq hüquqa görə deyil, beynəlxalq hüquqa qarşı cinayətdir. O, beynəlxalq hüququn hüquqi fenomen kimi fundamental inkarına əsaslanır. Biri var ki, kimsə beynəlxalq hüququn səmərəsizliyindən məyus olur və biz hamımız beynəlxalq hüququn mükəmməllikdən uzaq olduğunu, əslində çox zəif olduğunu, çox vaxt güclü dövlətlər tərəfindən sui-istifadə edildiyini bilirik. Ancaq beynəlxalq hüququn hüquqi təbiətinin inkar edilməsi tam başqadır”. 

Milli Məclisin deputatı çıxışında cəzasızlıq amilinə toxunaraq beynəlxalq hüququn inkar edildiyi mərhələnin yaşandığını bildirib: 

“Rus dilində “безнаказанность” sözü var. İngilis dilinə "impunity" (cəzasızlıq) kimi tərcümə olunur. Düzgün tərcümədir, lakin burada mənanın bir hissəsi itir. Cəzasızlıq o deməkdir ki, ya qanunla nəzərdə tutulmuş cəza yoxdur, ya da qanunla nəzərdə tutulmuş cəza var, lakin kimsə ondan qaça bilir və ya hər hansısa səbəbə görə cəzadan kənar qalır. Ayrıca olaraq, rus dilindəki “безнаказанность” sözü isə, hər hansı bir cəzanın prinsipcə ola bilməməsi anlamına gəlir. İstər qanunda, istər əxlaqda və hətta ictimai rəydə”. 

Buna görə də biz rus siyasətçilərindən tez-tez “Varşavanı bombalayacağıq”, “tanklarımız yenidən Praqada olacaq”, “Berlin bizə yalvaracaq”, “Baltik ölkələri saxtadır”, “Ukrayna heç vaxt mövcud olmayıb” və s. eşidirik.

Onlardan biri, Rusiya federal parlamentinin aşağı palatasının, dövlət dumasının deputatı Mixail Delyagin, daha da irəliyə gedərək, “Rusiya Azərbaycana qarşı taktiki nüvə silahından istifadə edə bilər” və hətta “istifadə etməlidir” deyib.
Bilirsiniz niyə? Çünki Azərbaycan Ukraynaya humanitar yardım edir. Bu sözlər bu qədər asan başa gəlməməlidir. Biz beynəlxalq hüququn, onun hüquqi təbiətinin inkar edildiyi mərhələdəyik”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

End of content

No more pages to load

RADİO