Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla söhbətində Mariupolda hərbi əməliyyatlar aparılmadığını qeyd edib.
Bizim.Media Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Bu şəhər azad edilib və orada heç bir hərbi əməliyyat aparılmıq”, - deyə ölkə başçısı bildirib.
Qeyd edilib ki, tərəflər həmçinin Rusiyanın mülki şəxslərin təhlükəsizliyini təmin etmək, o cümlədən humanitar dəhlizlərin təşkili istiqamətində səylərini müzakirə ediblər.
Bununla yanaşı Rusiya prezidenti qeyd edib ki, Kiyev hakimiyyəti humanist mülahizələri rəhbər tutaraq Azovstalda ukraynalı hərbçilərə silahı yerə qoyma əmri verməlidir.
Bizim.Media