Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib:
“Təəssüf ki, 3-ü uşaq olmaqla, 34 nəfər yaralanıb, 1-i yeddi aylıq uşaq olmaqla, 7 nəfər həlak olub”.
Bizim.Media