“Biz qonşularımızla ünsiyyətdə olmalıyıq”.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, idman və mədəniyyət naziri Vaqram Dumanyan danışıb.
“Ölkəni təcrid etmək xeyir gətirməyəcək. Həmçinin qonşu dövlətlərin dillərinin ölkənin sərhədyanı kəndlərində tədris edilməsi vacibdir. Bu, ünsiyyəti asanlaşdıra bilər”, - deyə nazir qeyd edib.
Bizim.Media