Qarabağa qanunsuz səfər etmək istəyən “Hayastan” blokunun deputatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə buraxılmayıb.
Bizim.Media "Sputnik Ermənistan"a istindən xəbər verir ki, rus sülhməramlılar erməni deputatların olduğu avtomobili nəzarət-buraxılış məntəqəsində saxlayıb.
Daha sonra Azərbaycan tərəfi ilə əlaqə yaradılıb və erməni deputatların Qarabağa qanunsuz səfərinə icazə verilməyib. Erməni parlament üzvləri geri qayıtmalı olublar.
Bizim.Media