Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası başlayıb.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Azadlıq meydanında müxalifətin təşkil etdiyi mitinqə minlərlə insan qatılıb.
Baş nazir Nikol Paşinyanın Brüsselə səfəri ərəfəsində keçirilən aksiyada onun istefası tələb edilir.
Müxalifət hesab edir ki, indiki hakimiyyət Ermənistanı uçuruma aparır.
Bizim.Media