Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilərin mitinqi başlayıb.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, etiraz aksiyası İrəvanın kənarındakı meydanlardan birində keçirilir.
Etirazçılar "Nikola olmadan Ermənistan" şüarları səsləndirərək paytaxtın mərkəzinə tərəf irəliləyir. Qeyd edilib ki, polis hələ ki etirazçıların hərəkətlərinə maneə yaratmır.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda atəşkəs razılaşmasını imzaladıqdan sonra ölkədə onun istefasını tələb edən etiraz aksiyaları başlayıb.
Bizim.Media