Qafan-Gorus avtomobil yolunda qəza baş verib. Hadisə nəticəsində Ermənistan silahlı qüvvələrinin iki hərbçisi ölüb.
Bizim.Media “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, içərisində Ermənistan ordusunun hərbçiləri olan “Mitsubishi Montero” markalı avtomobil 400 metr dərinliyində dərəyə yuvarlanıb. Hərbçilərin həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media