Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi fövqəladə hallar naziri Andranik Piloyanı dindirməyə çağırıb.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, A.Piloyanın hansı ittiham üzrə dindiriləcəyi bilinmir.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşının Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə sorğu-sual etmək üçün aparılmasından sonra nazir A.Piloyanı 14 günlük məzuniyyətə göndərib.
Bizim.Media