Oktyabr ayının əvvəlində xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan ölkəsinə qaytarılıb.
Bizim.Media bilirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Baqdasaryan 3 erməni hərbi əsirlə birlikdə Azərbaycan tərəfindən Ermənistana təhvil verildiyini bildirib.
Qeyd edək ki, oktyabrın 7-də döyüş bölgəsindən təxliyə olunaraq Bakıya gətirilən Aznif Baqdasaryan zavallı qadın kimi mətbuatın qarşısına çıxmışdı. Daha sonra isə onun sosial şəbəkə hesabından hərbi tibb bacısı kimi xidmət etdiyi məlum olmuşdu.
Bizim.Media