Ukraynanın nüfuzlu UNIAN informasiya agentliyinin jurnalisti Dmitri Xilyuka Kiyev yaxınlığında Rusiya ordusu tərəfindən əsir götürülüb.
Bizim.Media Segodnya nəşrinə istinadən xəbər verir ki, məlumatı jurnalistlə eyni redaksiyada işləyən həmkarları, həmçinin Dmitri Xilyukanın qonşuları da təsdiq ediblər.
Verilən ilkin məlumata görə, jurnalist Kiyev vilayətinin Dımer kəndində rusiyalı hərbçilərin nəzarəti altında saxlanılır. Onunla əlaqə yaratmaq cəhdləri isə hələlik heç bir nəticə verməyib.
Bizim.Media