“Novruz sülh, yenilənmə, ümid və gələcək rəmzidir”.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili “Twitter” hesabında paylaşım edib.
“Hazırda çətin dövrdür. Lakin biz ümidimizi itirməməliyik. Qoy bu gün bunu xatırlatsın. Gürcüstanda və bütün dünyada Novruz bayramını qeyd edənləri təbrik edirəm” – deyə ölkə başçısı qeyd edib.
Bizim.Media
