Güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı bütün növ avtomobillər üçün bağlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb.
Məlumata görə, qadağa beynəlxalq əhəmiyyətli Msxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi məntəqəsinə şamil edilib.
Yolun Mleta-Qudauri hissəsində isə nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçirilir.
Ermənistanın özündə də Yuxarı Lars yolu qeyri-müəyyən vaxta qədər bağlı elan edilib. Belə şəraitdə indi Ermənistanda ən çox vurğulanana Azərbaycanla kommunikasiya əlaqələrinin açılmasıdır. Onlar müntəzəm əlaqə üçün Azərbaycanın ən effektli tranzit hesab edirlər.
Bizim.Media