10 minlərlə rusiyalı Ermənistanda mənzil böhranı ilə üzləşdi

Bir ay ərzində Ermənistanın İrəvan, Gümrü və digər şəhərlərində daşınmaz əmlak bazarı kəskin şəkildə dəyişib. 

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, İrəvanda mənzil kirayələmək demək olar ki, mümkün deyil və agentlik vasitəsilə minimum kirayə qiyməti 800 dollardır.

2022-ci ilin yanvarında Ermənistanda orta aylıq əmək haqqı 204 min dram (təxminən 425 dollar) təşkil edib. Eyni zamanda, ilin əvvəlində 100-150 min dram (200-300 dollar) olan mənzilləri tapmaq asan idi.

Rusiyadan miqrant axını ilə əlaqədar kirayə evlərin qiymətləri qalxıb. Ukraynada müharibə başlayandan bəri martın 12-nə olan məlumata görə, Ermənistana 50 mindən çox rusiyalı gəlib.

Ev sahibləri və agentliklər bundan pul qazanmağa qərar veriblər və qiymətləri kəskin şəkildə qaldırıblar və bəziləri daha da irəli gedib. Onlar hazırkı kirayəçiləri qovur və daha böyük məbləğlər ödəməyə hazır olan varlı miqrantları qəbul edirlər.

DOHA nəşri yerli sakinlərə istinadən yazır ki, İrəvan artıq ermənilərə mənzil kirayə verməkdən imtina edir.

Arevik Mikaelyan bacıları ilə İrəvanın mərkəzində yaşayır. Əvvəllər 135 min dram (470 manat) verirmiş, indi ev sahibi 250 min istəyir və bu, tək hal deyil. Hər yerdə kirayə haqqı iki, hətta üç dəfə artıb.

İrəvanda 400 dollara mənzil kirayələyən Elodi Qavrilof-Derniqorosyan da oxşar vəziyyətlə üzləşib.

“Əvvəlcə ev sahibi qiyməti 500 dollara qaldırdı və mən onu ödəməyə hazır idim. Lakin sonra o, yeni məbləği (800 dollar) açıqladı və məni evdən çıxartdı. Ev sahibi bunu ailəsinin tezliklə Rusiyadan gəlişi ilə izah etdi”, - qız şikayət edir.

Qeyd edək ki, mövcud vəziyyətdən ermənilərlə yanaşı, Ermənistana qaçan ruslar da şikayət edirlər.

Bildirirlər ki, ermənilər rus dilini bilmirlər, restoranlarda onlara xidmət göstərmirlər.  Rusiyadan gələnlər hər yerdə saxtakarlıqla qaşılaşdıqlarını deyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan üçün Cənubi Qafqazdakı münaqişə başa çatıb – Prezidentin köməkçisi

Azərbaycan üçün Cənubi Qafqazdakı münaqişə başa çatıb – Prezidentin köməkçisi

Hikmət Hacıyev: “Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini dəyişəcək”

Hikmət Hacıyev: “Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat mənzərəsini dəyişəcək”

Xüsusi icra məmuru olmaq istəyənlər üçün QAYDALAR DƏYİŞDİ

Xüsusi icra məmuru olmaq istəyənlər üçün QAYDALAR DƏYİŞDİ

DYP-dən qış mövsümünə hazırlıqla bağlı ÇAĞIRIŞ

DYP-dən qış mövsümünə hazırlıqla bağlı ÇAĞIRIŞ

Sabahın HAVASI: 5 dərəcə şaxta, qar... – PROQNOZ

Sabahın HAVASI: 5 dərəcə şaxta, qar... – PROQNOZ

Minsk Qrupu rəsmən fəaliyyətini dayandırdı - YEKUN QƏRAR

Minsk Qrupu rəsmən fəaliyyətini dayandırdı - YEKUN QƏRAR

"Şahdağ Turizm Mərkəzi"ndə də yoxlamalar APARILDI

"Şahdağ Turizm Mərkəzi"ndə də yoxlamalar APARILDI

İrəvanda bina çökdü: Yaralı var – VİDEO

İrəvanda bina çökdü: Yaralı var – VİDEO

“Beşiktaş” səfərdə qalib gəldi - VİDEO

“Beşiktaş” səfərdə qalib gəldi - VİDEO

Bayden dövründə ABŞ-a 100 min Əfqanıstan vətəndaşı gəlib?

Bayden dövründə ABŞ-a 100 min Əfqanıstan vətəndaşı gəlib?

Leyla Əliyeva övladlarının FOTOSUNU PAYLAŞDI

Leyla Əliyeva övladlarının FOTOSUNU PAYLAŞDI

YouTube-da YENİLİK: 18+ işarəsi olan videoları açanda…

YouTube-da YENİLİK: 18+ işarəsi olan videoları açanda…

Lerikdə sitrus meyvə adı ilə narkotik satanlar TUTULDU – FOTO

Lerikdə sitrus meyvə adı ilə narkotik satanlar TUTULDU – FOTO

Emin Ağalarov oğullarını belə təbrik etdi – VİDEO

Emin Ağalarov oğullarını belə təbrik etdi – VİDEO

Həsən Həsənli: “600 min şagirdə rəqəmsal bacarıqlar tədris olunur”

Həsən Həsənli: “600 min şagirdə rəqəmsal bacarıqlar tədris olunur”

“Buraya adam da düşə bilər, maşın da...” – VİDEO

“Buraya adam da düşə bilər, maşın da...” – VİDEO

ABŞ-da güclü qar: 50-dən çox avtomobil toqquşdu – ANBAAN VİDEO

ABŞ-da güclü qar: 50-dən çox avtomobil toqquşdu – ANBAAN VİDEO

Benzin və dizellə bağlı rəsmi məlumat

Benzin və dizellə bağlı rəsmi məlumat

13 yaşlı qıza əxlaqsızlıq edən gəncə 2 il həbs!

13 yaşlı qıza əxlaqsızlıq edən gəncə 2 il həbs!

Bakıda qorxu evinə gedən 15 yaşlı qız xəsarət aldı - Alnına 11 tikiş qoyuldu

Bakıda qorxu evinə gedən 15 yaşlı qız xəsarət aldı - Alnına 11 tikiş qoyuldu

Qalib məktəblilərin mükafatlandırılma mərasimi başladı - FOTO

Qalib məktəblilərin mükafatlandırılma mərasimi başladı - FOTO

İlkin Rəhimov vəzifəsindən azad edildi

İlkin Rəhimov vəzifəsindən azad edildi

SON DƏQİQƏ! Əli Kərimliyə qarşı ittiham İRƏLİ SÜRÜLDÜ - Hakimiyyəti zorla ələ keçirmək...

SON DƏQİQƏ! Əli Kərimliyə qarşı ittiham İRƏLİ SÜRÜLDÜ - Hakimiyyəti zorla ələ keçirmək...

Qənimət Zahidovun MƏHKƏMƏSİ başlayır

Qənimət Zahidovun MƏHKƏMƏSİ başlayır

End of content

No more pages to load

RADİO