İranın Mazandaran vilayətində 4 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi açıqlama yayıb.
Yeraltı təkanların episentri Kiasar şəhərindən 25 kilometr məsafədə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Bizim.Media