Rusiyanın Bosniya və Herseqovinadakı səfiri İqor Kalabuxov sözügedən ölkəni Moskvanın NATO-ya üzv olmaq niyyətlərinə cavab vermək hüququ ilə hədələyib.
Bu barədə “ Balkan Observer ” məlumat yayıb.
"Ukraynanın timsalında biz nə gözlədiyimizi göstərdik. Əgər təhlükə olarsa, reaksiya verəcəyik", - Kalabuhov Bosniya telekanalının efirində deyib.
Səfirin sözlərinə görə, hazırda Rusiyanın Bosniya ilə bağlı fəaliyyət planı yoxdur və Moskva buna “strateji və geosiyasi vəziyyəti təhlil etməklə” reaksiya verəcək.
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Zeljko Komsiç Rusiyanın Bosniya və Herseqovinadakı səfirinin bəyanatını pisləyib. “Rusiya səfirinin Ukraynanı nümunə göstərərək bəyanat verməsi Bosniya və Herseqovina üçün qəbuledilməzdir”.
Bosniya və Herseqovina 2010-cu ildə NATO tərəfindən Üzvlük Fəaliyyət Planına (MAP) qoşulmaq üçün dəvət olunub.
Bizim.Media