Rusiyanın Aerokosmik Qüvvələrinin Su-25 hücum təyyarəsi gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin silah və sursat anbarlarını məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Aerokosmik Qüvvələrinin Su-25 hücum təyyarəsinin ekipajları silah və sursat olan anbarları məhv edib. Uçuşlar gecə həyata keçirilib", - nazirlikdən bildirilib.
Rusiya aviasiyası tərəfindən Ukraynanın hərbi infrastrukturunun məhv edilməsinin müvafiq kadrları Rusiya Müdafiə Nazirliyi tərəfindən dərc edilib.
Bizim.Media