Martın 20-də “NATO-Gürcüstan-2022” adlı birgə təlim başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Çoxmillətli təlimlərdə NATO-ya üzv və tərəfdaş 23 ölkə iştirak edəcək və təlimlər plana uyğun olaraq NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Mərkəzində baş tutacaq.
Təlimlər Gürcüstan və NATO-ya üzv və tərəfdaş ölkələrin hərbçiləri arasında qarşılıqlı fəaliyyətin artırılmasına kömək edəcək.
Təlimlər martın 25-dək davam edəcək.
Bizim.Media