Ukrayna şəhərlərindən mülki şəxslərin təxliyyəsi cümə axşamı yeddi istiqamətdə həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu keçirdiyi brifinqdə Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk deyib.
“Proses Trostyanets - Poltava, Krasnopolye - Poltava, Sumı - Poltava, Mariupol - Zaporojye, Volnovaxa - Pokrovsk, İzyum – Lozovaya, həm də Buça, Borodyanka, İrpen, Gostomel, Kiyev bölgəsinin yaşayış məntəqələrindən Kiyev istiqamətində baş tutacaq” – deyə Vereşçuk qeyd edib.
Bizim.Media