Tbilisi meriyası Gürcüstanda qalan və vətənə qayıda bilməyən Ukrayna vətəndaşları üçün ictimai nəqliyyatı və bələdiyyəyə bağlı digər qurumları pulsuz etmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib.
"Biz qərar qəbul etmişik ki, bələdiyyənin tabeliyində olan struktur bölmələr Ukrayna vətəndaşları üçün pulsuz olacaq. Bunlara ictimai nəqliyyat, uşaq əyləncə mərkəzləri, muzeylər, teatrlar, hovuzlar və s. aiddir. Onlar girişdə Ukrayna pasportunu göstərərək istənilən xidməti pulsuz əldə edə bilərlər”, - Kaladze bildirib.
Bizim.Media