Rusiya Federal Penitensiar Xidmətinin, Mədəniyyət Nazirliyinin, "Rosstat"ın və digər dövlət idarələrinin saytlarına kiber hücum edilib.
Bizim.Media xəbər verir ki, hələlik heç bir tanınmış haker qrupu hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Hücum nəticəsində xüsusilə Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, "Rosstat", "Roskomnadzor", Federal Antiinhisar Xidməti, Federal Penitensiar Xidmətinin saytları sındırılıb və əsas səhifələrdə müharibə əleyhinə şəkillər yerləşdirilib. (Axar.az)
Bizim.Media