Hazırda separatçıların müvəqqəti yaşadığı Qarabağda qazın verilişi dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” nəşri yayıb.
Qeyd olunur ki, qazın verilişi martın 8-nə keçən gecə, saat 01:00 radələrində dayandırılıb.
Xatırladaq ki, 2021-ci ilin yayında separatçılar Qarabağda içməli su qıtlığını elan etmişdilər. Region ekoloji fəlakət astanasında idi. Həmçinin Qarabağın erməni əhalisi mobil rabitənin sistematik kəsilməsindən şikayətlənib.
Bizim.Media