Qanunsuz yollarla Türkiyədən Yunanıstana keçmək istəyən İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKPC) terror təşkilatının üzvü saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərədindən qanunsuz yollarla Yunanıstana keçmək istəyən üç nəfər saxlanılıb.
Onlardan birinin DHKPC-nin üzvü olduğu müəyyən edilib.
Saxlanılan şəxslər aidiyyatı qurumlara təhvil veriliblər.
Bizim.Media