Martın 4-dən Türkiyədə nümayiş olunmağa başlanan "Bergen" filmi Adanada göstərilməyəcək.
Bizim Media xəbər verir ki, Adana Kozanda yayımlanması nəzərdə tutulan film Kozan Bələdiyyə başqanınin göstərişi ilə yayımdan qaldırılıb.
Bələdiyyə sədri Kazim Özgan: - "Araşdırdım. Filmdə şiddət səhnələri çoxdur. Ona görə də film kinoteatrlarda yayimlanmayacaq" - deyib.
Amma filmin Adanada niyə qadağan olması tamaşaçılara bəllidir. Belə ki, 1989-cu ildə müğənni Bergeni qəddarcasına öldürən həyat yoldaşı Halis Sərbəst Adanada yaşayır və Kozanda adlı-sanlı iş adamlarından biridir.
Xatırladaq ki, "Bergen" filminin kinoteatrlarda nümayişindən sonra yenidən fəallaşan Halis Sərbəst, televiziyaya verdiyi son açıqlamasında həyat yoldaşı Bergeni qətlə yetirməsindən peşman olmadığını bildirib.
Bizim.Media