Erməni hüquqşünaslar baş nazir Nikol Paşinyanın həbsi tələbi ilə baş prokurora müraciət ediblər.
Bizim.Media-nın məlumatına görə, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilib ki, 20 hüquqşünas baş prokuror Artur Davtyana müraciət edib. Müraciətdə Paşinyana dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanması tələb olunub.
Hüquqşünaslar qeyd ediblər ki, müraciətlərini Paşinyanın açıqlamaları əsasında hazırlayıblar.
Onlar digər vəzifəli şəxslərə qarşı da cinayət işinin açılmasını tələb ediblər.
Bizim.Media