Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 621 nəfər artaraq 156 763-ə yüksəlib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi yayıb.
Müqayisə üçün qeyd edək ki, 24 dekabr tarixinə qədər 156.142 belə hadisə olub.
Ermənistanda 2.733 nəfər koronavirus fəsadlarından ölüb (üstəlik son gündə 19 nəfər).
Digər səbəblərdən ölən koronavirus xəstələrinin sayı 671-dir (son gündə 8 nəfər).
Xatırladaq ki, Ermənistanda karantin 11 yanvar 2021-ci ilə qədər davam edəcək. Respublikada "maska rejimi" qorunub saxlanılır.
Babək Göyüş, Bizim.Media