Ukraynada 9 gün ərzində Rusiyanın vurulan təyyarə və helikopterlərinin sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“10 gün ərzində Ukraynada Rusiyanın 39 hərbi təyyarəsi, 40 helikopteri vurulub. Təkcə martın 4-də Rusiyaya məxsus 3 “Su-25” qırıcısı sıradan çıxarılıb” – deyə məlumatda qeyd edilib.
Bildirilib ki, Rusiya Ukrayna ilə sərhədboyu ərazilərə 450 təyyarə və 250-dən çox helikopter yerləşdirib.
Bizim.Media