Amerikanın CNN televiziya şirkəti Rusiyada yayımını dayandıracaq.
Bizim.Media xəbər verir ki, müvafiq bəyanat teleşirkətin "Twitter" səhifəsində dərc olunub.
“CNN Rusiyada yayımını dayandıracaq, vəziyyəti qiymətləndirməyə davam edəcək və növbəti addımları müəyyənləşdirəcək”, - deyə məlumatda bildirilir.
Yayımın dayandırılacağı vaxt hələ ki dəqiq deyil.
Bizim.Media