Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 180 nəfər ölüb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Ötən 24 saat ərzində COVID-19 infeksiyası ilə əlaqədar 365 min 614 nəfərin test edildiyi, 38 min 283 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 63 min 311 nəfərin isə bu xəstəlikdən sağaldığı bildirilib.
Bizim.Media