Ötən gün Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan axtarış tədbirləri zamanı itkin sayılan daha 4 erməni hərbçisinin cəsədi aşkarlanıb.
Bizim.Media erməni mətbuatına istinadla xəbər verir ki, 3 erməni əsgərinin cəsədinin qalıqları Cəbrayıl ərazisində tapılıb. Digər meyit isə Suqovuşandan götürülüb.
Bildirilib ki, bu gün axtarış tədbirləri Füzuli, Zəngilan, Cəbrayıl və Suqovuşanda davam etdiriləcək.
Bizim.Media