Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 4-də Brüsseldə baş tutacaq NATO ölkələrinin Xarici İşlər Nazirliyi (XİN) başçılarının fövqəladə iclasında iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, iclasda Ukraynada baş verən hadisələrin müzakirə ediləcəyi nəzərdə tutulur.
Mövlud Çavuşoğlu səfər zamanı bəzi həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.
Bizim.Media