Ukrayna Birləşmiş Qüvvələrinin Hava Hücumundan Müdafiə bölməsi Donetsk vilayətinin Volnovaxa yaxınlığında Rusiyaya məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsini vurub.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin əməliyyat qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, bu təyyarənin pilotları şəhərin mülki əhalisini və infrastrukturunu bombalayıblar.
Xatırladaq ki, İrpen şəhərində Rusiya qüvvələrinin Su-30 qırıcı təyyarəsi də vurulub.
Bizim.Media