Ermənistan hökuməti bu gün Yerasx (Arazdəyən) - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun Ermənistan hissəsinin tikintisinə başlamaq üçün geodeziya işlərinə vəsait ayırmağı əmr edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.
“Uzunluğu 43 km olan Meğri ilə Yerasx (Arazdəyən) arasında geodeziya işləri aparılmalı, gələcəkdə fəaliyyət göstərəcək dəmir yolunun layihəsi hazırlanmalıdır”, deyə o, qeyd edib.
Bizim.Media