Martın 3-ü axşam saatlarından etibarən Rusiya paytaxtında QR-kodlardan istifadə dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
“Müvafiq fərmanı imzalayıb. QR-kodlarla yanaşı, iaşə obyektlərinə, teatrlara, muzeylərə, o cümlədən konsertlərə, mədəni, əyləncəli, maarifləndirici və idman tədbirlərinə getməklə bağlı bütün məhdudiyyətlər aradan qaldırılır” – deyə Sobyanin qeyd edib.
Bizim.Media