Rusiya Federasiyasının Mərkəzi Bankı birjada xarici valyuta alarkən fiziki şəxslər üçün 30% komissiya tətbiq edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Bankının mətbuat xidməti məlumat yayıb.
“3 martdan etibarən brokerlər fiziki şəxslərin xarici valyutanın alınması üzrə əməliyyatlarını yerinə yetirərkən əməliyyat məbləğinin ən azı 30%-i həcmində komissiya tutmalıdır” – deyə məlumatda qeyd edilib.
Bizim.Media