Martın 3-də Rusiya ilə Ukrayna arasında danışıqların keçiriləcəyi məkanda hazırlıqlar tamamlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi açıqlama yayıb.
"“Ovçu evi” danışıqların ikinci raundu üçün Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul etməyə hazırdır”, - deyə vurğulanıb.
Qeyd edək ki, Rusiya və Ukraynanın nümayəndə heyətləri Belarusun Belovejsk qəsəbəsində danışıqlar aparmaq barədə birgə qərar qəbul ediblər.
Bizim.Media