Ermənistan Prezidenti Vaaqn Xaçatryan planlı tibbi müayinədən keçmək üçün "Nairi" Tibb Mərkəzinə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Tibb Mərkəzinin nümayəndələri NEWS.am-a bildiriblər.
Mərkəzin açıqlamasına görə, prezident nəzərdə tutulan bütün tibbi müayinələr və prosedurlardan sonra klinikanı tərk edib.
"Nəzərinizə çatdırırıq ki, prezident xəstəxanaya yerləşdirilməyib və stasionar müalicə almayıb", – deyə açıqlamada vurğulanıb.
Bundan əvvəl ArmLur.am nəşri Vaaqn Xaçatryanın səhhətinin pisləşdiyini, infarktöncəsi vəziyyətdə "Nairi" Tibb Mərkəzinə aparıldığını və müayinələrdən sonra evə buraxıldığını iddia etmişdi.
Bizim.Media