Rusiyanın “NTV” və “Rossiya-24” telekanalları Ukraynada “YouTube” kanallarının bloklandığını təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə “TASS”a yayımçıların mətbuat xidmətləri məlumat verib.
“Bəli, “Rossiya-24” YouTube kanalı Ukrayna, Polşa və Latviyada bloklanıb”, - kanalın mətbuat xidməti bildirib.
NTV-nin mətbuat xidməti də TASS müxbirinin müvafiq sualına müsbət cavab verib.
Bundan əvvəl YouTube videohostinq xidməti Ukraynada öz platformasında RT kanalı məzmununun nümayişini məhdudlaşdırmışdı.
Bizim.Media